Oyunda oyun
Təzədən başladıq,
ayrı qaydalarla,
yenilənmiş variantda,
daha geniş, qapalı bir meydanda,
seyriçisiz-filansız,
təkbətək, ikimiz...
Ancaq istədiyin gedişi
yenə də eləyəmmədin vaxtında,
uduzmağınla nöqtələndi.
Yetdin sona...
Oynaya bilmədin.
Axırıncı çıxış
Gündüzlər yaşanılır,
gecələr yazılır,
ağ, qara rənglərlə.
Bir azdan açılacaq
bizim olmayan səhər də
küçələrə doluşacaq addımlar
ayrı biçimdə, yad ritmdə.
... Bizim olmayacaq şəhər də
Ən zor iş
İşlərin ən çətinidi dinləmək,
zor şeydi, qulaq asmaq, eşitmək,
sözləri oxuyurmuş kimi
səsləri oxumaq,
təzədən anlamaq və
ilk dəfə görürmüş kimi görmək
illərcə tanıdığın adamı...
Qaralanmış gün
Əvvəl yazarsan, sonra oxuyarsan.
Xoşuna gəlməyən, artıq sözləri,
düşüncələri ləğv eləyərsən, pozarsan.
Yerdə nə qalsa, olar şeir...
Qalmaz bəzən heç nə,
qaralanmış varaqdan özgə.
Əzib atarsan onu da zibil torbasına...
Bitərsən, bitirərsən günü beləcə,
qaralanmış şeir şəklində.
Sənətlərin ən çətini
.. Böyük insan olmaq
“sənətlərin ən çətini...”
Dırnaqda yazıram bu deyimi,
dilin qaydalarına uyaraq...
Bilmirəm, kimin sözləridi,
indi bunu bilməyin o qədər də yox, önəmi.
“İnsan” “unudan” deməkdi
sözlüklərdə belə yazılıb...
Ən böyük insan, deməli
ən böyük unudandı.
Sənətlərin ən çətini unutmaqdı...
Foto
Bir damcı dəniz-qayıqlar,
bir bulud göy üzü-qağayılar...
Qadının sağda,
körpən qucağında,
kədər düşməyib fotoda.
Saxla, tut saxla...
Xoşbəxtlik anı
bəlkə də elə budu...
Ancaq ən qiymətli foto
Çəkdirmədiyin fotodu.
Uşaqların böyüklüyü
Ən çətin anlarda
cıqqılı çiyinlərinə alırlar
böyüklərin yükünü uşaqlar...
Ən çıxılmaz məqamlarda
böyüklər uşaqların
ağzıyla danışırlar...
İlğım
Adam olmağını
unudur adam burda...
Bu gün yoxam yanında.
Uzağa səs çatır,
yaxına addımlar...
Eyni məsafədədi,
uzaq da, yaxın da.
Sonuncu məşq
Bir adam olsaydı
yeriyərdi ayaqlarımla,
danışardı ağzımla.
Baxardı gözlərimlə...
vurulub bu baş, bu bədən.
Bir adam gəlib çıxsaydı,
yaşayardı yerimə,
əvəz eləyərdi məni gedənəcən...
Görmək imkanı
Neçə illərdi tək bircə
kanalı göstərir pəncərəm-
deyingən qonşunun həyətini,
səs-küyünü, itini.
Səninsə ayağın altdadı
böyük bir şəhər aşağıdı səndən.
Adamlar qarışqa kimi
görsənir pəncərəndən.
Görmək imkanınla çoxsan məndən.
Kompliment
Sinə daşının yaraşığıdı
həyətinin gülləri.
Səninçün cümə axşamıdı
ilin bütün günləri.
Duruşundan, boy-buxunundan,
ev-eşiyindən yekə görünmək
istəsən də görünə bilmirsən.
Çünki özgə pəncərələrinin
işığına möhtac kölgəsən –
nəsən, elə osan.
Balacasan, balacasan, balacasan...
Oyunda oyun
Təzədən başladıq,
ayrı qaydalarla,
yenilənmiş variantda,
daha geniş, qapalı bir meydanda,
seyriçisiz-filansız,
təkbətək, ikimiz...
Ancaq istədiyin gedişi
yenə də eləyəmmədin vaxtında,
uduzmağınla nöqtələndi.
Yetdin sona...
Oynaya bilmədin.
Axırıncı çıxış
Gündüzlər yaşanılır,
gecələr yazılır,
ağ, qara rənglərlə.
Bir azdan açılacaq
bizim olmayan səhər də
küçələrə doluşacaq addımlar
ayrı biçimdə, yad ritmdə.
... Bizim olmayacaq şəhər də
Ən zor iş
İşlərin ən çətinidi dinləmək,
zor şeydi, qulaq asmaq, eşitmək,
sözləri oxuyurmuş kimi
səsləri oxumaq,
təzədən anlamaq və
ilk dəfə görürmüş kimi görmək
illərcə tanıdığın adamı...
Qaralanmış gün
Əvvəl yazarsan, sonra oxuyarsan.
Xoşuna gəlməyən, artıq sözləri,
düşüncələri ləğv eləyərsən, pozarsan.
Yerdə nə qalsa, olar şeir...
Qalmaz bəzən heç nə,
qaralanmış varaqdan özgə.
Əzib atarsan onu da zibil torbasına...
Bitərsən, bitirərsən günü beləcə,
qaralanmış şeir şəklində.
Sənətlərin ən çətini
.. Böyük insan olmaq
“sənətlərin ən çətini...”
Dırnaqda yazıram bu deyimi,
dilin qaydalarına uyaraq...
Bilmirəm, kimin sözləridi,
indi bunu bilməyin o qədər də yox, önəmi.
“İnsan” “unudan” deməkdi
sözlüklərdə belə yazılıb...
Ən böyük insan, deməli
ən böyük unudandı.
Sənətlərin ən çətini unutmaqdı...
Foto
Bir damcı dəniz-qayıqlar,
bir bulud göy üzü-qağayılar...
Qadının sağda,
körpən qucağında,
kədər düşməyib fotoda.
Saxla, tut saxla...
Xoşbəxtlik anı
bəlkə də elə budu...
Ancaq ən qiymətli foto
Çəkdirmədiyin fotodu.
Uşaqların böyüklüyü
Ən çətin anlarda
cıqqılı çiyinlərinə alırlar
böyüklərin yükünü uşaqlar...
Ən çıxılmaz məqamlarda
böyüklər uşaqların
ağzıyla danışırlar...
İlğım
Adam olmağını
unudur adam burda...
Bu gün yoxam yanında.
Uzağa səs çatır,
yaxına addımlar...
Eyni məsafədədi,
uzaq da, yaxın da.
Sonuncu məşq
Bir adam olsaydı
yeriyərdi ayaqlarımla,
danışardı ağzımla.
Baxardı gözlərimlə...
vurulub bu baş, bu bədən.
Bir adam gəlib çıxsaydı,
yaşayardı yerimə,
əvəz eləyərdi məni gedənəcən...
Görmək imkanı
Neçə illərdi tək bircə
kanalı göstərir pəncərəm-
deyingən qonşunun həyətini,
səs-küyünü, itini.
Səninsə ayağın altdadı
böyük bir şəhər aşağıdı səndən.
Adamlar qarışqa kimi
görsənir pəncərəndən.
Görmək imkanınla çoxsan məndən.
Kompliment
Sinə daşının yaraşığıdı
həyətinin gülləri.
Səninçün cümə axşamıdı
ilin bütün günləri.
Duruşundan, boy-buxunundan,
ev-eşiyindən yekə görünmək
istəsən də görünə bilmirsən.
Çünki özgə pəncərələrinin
işığına möhtac kölgəsən –
nəsən, elə osan.
Balacasan, balacasan, balacasan...
Telefon sevgisidi sevgin,
şəkil çəkdirmək üçündü gülüşün...