YUĞ Teatrı Masallıda çıxış edəcək

YUĞ Teatrı Masallıda çıxış edəcək
7 noyabr 2023
# 16:50

Azərbaycan Dövlət YUĞ Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 14-də Masallı rayon Mədəniyyət Mərkəzində “Şəbədə” tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, səhnə əsəri M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında rejissor Gümrah Ömərin quruluşunda hazırlanıb.

Tamaşada aktyorlar Oqtay Mehdiyev, Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Ziya Ağa və Ləman Mərrih çıxış edir.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.

# 2050 dəfə oxunub

Müəllifin son yazıları

# # #