Dekabrın 7-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq.
Teatrdan Kulis.az-a bildirilib ki, ərəb nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Səhnə əsərində rolları Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və digər aktyorlar canlandıracaqlar.