Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi
10 oktyabr 2026
# 11:34

Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli sənətkar Rafael Dadaşovun 80 illiyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Xalq artisti Rafiq Əzimov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə görkəmli sənətkarın Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı böyük xidmətlərindən bəhs ediblər.

Daha sonra Xalq artisti Rafael Dadaşovun 80 illiyinə həsr olunan Nikolay Qoqolun “Müfəttiş” tamaşası nümayiş edilib. R.Dadaşov 2016-cı ildə “Müfəttiş” tamaşasında Anton Antonoviç Skvoznik-Dmuxanovski rolunda çıxış edib.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər