“Paris Notr-Dama ithaf” növbəti dəfə səhnədə

“Paris Notr-Dama ithaf”  növbəti dəfə səhnədə
16 iyul 2024
# 14:00

İyulun 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Paris Notr-Dama ithaf” tamaşasını yenidən nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, dünyaşöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi eyniadlı tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Səhnə əsərində bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilir.

# 1223 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #