Dekabrın 16-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Qadınım” tamaşası nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, rürk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan bu tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.
Səhnə əsərinin süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur.
Türk retro musiqilərinin səsləndirildiyi "Qadınım"da Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, həmçinin teatrın xor və balet heyəti iştirak edəcək.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.