“Mən dəyərəm min cavana” 75-ci dəfə səhnədə

“Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası

“Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası

19 noyabr 2021
# 16:10

Noyabrın 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası 75-ci dəfə nümayış olunacaq.

Teatrdan Kulis.az-a verilən məlumata görə, tamaşa illər öncə görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenlı Xalq artisti Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanıb. Lakin tamaşanın premyerasından 1 il öncə – 2006-cı ildə böyük sənətkarın 74 yaşında qəfil dünyasını dəyişməsi bütün planları dəyişir və 2007-ci ildə “Mən dəyərəm min cavana” onu sevənlərə bir təskinlik kimi təqdim olunur.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin səhnə əsərinin ilk nümayişindən 14 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır.

Tamaşanın budəfəki nümayişində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, aktyorlar Elxan İsmayılov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Türkel Tariqpeyma ifa edəcəklər.

# 2724 dəfə oxunub

Müəllifin son yazıları

# # #