“Master-klass” tamaşasının premyerası baş tutdu

 “Master-klass”  tamaşasının premyerası baş tutdu
30 dekabr 2024
# 16:02

Azərbaycan Dövlət YUĞ Teatrında 29 dekabr tarixində yapon dramaturq Koki MitanininGülüş Akademiyasıpyesi əsasında səhnələşdirilənMaster-klasstamaşasının premyerası baş tutub.

Kulis.az xəbər verir ki, bir bölümlü psixodelik buffonada janrlı səhnə əsərində Mətanət Abbas (Meduza), Amid Qasımov (Müfəttiş) və Elgün Həmidov (Dramaturq) rollarda çıxış edib.

Tamaşada istedadlı dramaturqun yazmış olduğu pyesi səhnələşdirmək üçün müfəttişdən icazə alması və bu müddətdə yeddi gün ərzində başına gəlmiş tragikomik vəziyyətlərdən bəhs olunur.

Rejissor Gümrah Ömərin quruluşunda hazırlanmış tamaşa “Kamilliyin və mənəvi saflığın yolu bədii yaradıcılıqdan keçir” ideyası əsasında hazırlanmışdır.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərova, işıq rəssamı Yusif Adıgözəlov və səs rejissoru Nuray Həsənlidir.

# 507 dəfə oxunub

Müəllifin son yazıları

# # #