Kukla Teatrı Qazaxıstandakı festivalda iştirak edib

Kukla Teatrı Qazaxıstandakı festivalda iştirak edib
12 sentyabr 2025
# 18:20

Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstan Respublikasında keçirilən beynəlxalq teatr festivalında iştirak edib.

Kulis.az xəbər verir ki, "Aktau - Türk Dünyasının Mədəniyyət Paytaxtı" layihəsi çərçivəsində keçiriləcək "NOMAD PUPPET" adlı I Beynəlxalq Kukla Teatrları Festivalı 9-14 sentyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin Aktau şəhərində keçirilir.

Sentyabrın 10-da festivalın təntənəli açılış tədbiri baş tutub.

Kuklaçılarımız münsiflər heyəti və teatrsevərlər qarşısında "Yalquzaq" tamaşasını uğurla nümayiş etdirərək alqışlarla qarşılanıblar.

Qeyd edək ki, tədbir Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

# 113 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər