Gənc Tamaşaçılar Teatrı Fevzi Beyazitoğlu Beynəlxalq Teatr Festivalında

Gənc Tamaşaçılar Teatrı Fevzi Beyazitoğlu Beynəlxalq Teatr Festivalında
28 aprel 2026
# 15:40

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Türkiyədə keçirilən 29-cu Fevzi Beyazitoğlu Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Mayın 1-dən, 15-dək davam edən festivalda teatr Nikoloy Qoqolun “Dəlinin qeydləri” adlı əsəri əsasında hazırlanmış “Bir dəlinin qeydləri” monotamaşası ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə “Dəlinin qeydləri” 8 may, 20:00-da nümayiş olunacaq.

32 illik səhnə həyatını uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda mükafatlar qazanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Tamaşada Poprışşin rolunda Əməkdar artist Şövqi Hüseynov çıxış edir.

Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər