Füzulidə uşaq tamaşasının premyerası olacaq

Füzulidə uşaq tamaşasının premyerası olacaq
22 may 2024
# 09:23

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, “Qarınqulu ayı balası” adlı tamaşa Vüqar Haqverdiyevin eyniadlı uşaq pyesi əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Emin Abışov, quruluşçu assistenti Gülgəz Soltanova, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir

Qeyd edək ki, premyera mayın 23-də baş tutacaq.

# 1881 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #