Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada səhnəyə qoyulacaq

Elçinin pyesi əsasında hazırlanan tamaşa Cənubi Koreyada səhnəyə qoyulacaq
2 aprel 2026
# 15:38

Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” pyesi əsasında Cənubi Koreyada hazırlanan məşhur “Gecəyarısı: aktyor-musiqiçi” musiqili tamaşası bu ölkədə yenidən səhnəyə qoyulacaq.

Kulis.az xəbər verir ki, koreyalı aktyorlar və musiqiçilər tərəfindən reallaşdırılacaq tamaşa Seul şəhərində aprelin 8-dən gələn ilin fevralınadək bir neçə dəfə nümayiş olunacaq.

Bununla yanaşı, tamaşaya dair məlumat Cənubi Koreyanın “Dailian”, “New Daily” və digər media orqanlarında işıqlandırılıb.

Qeyd edək ki, “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanan “Gecəyarısı: aktyor-musiqiçi” tamaşası ilk dəfə 2017-ci ildə Seulda nümayiş olunub.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər