Böyük premyera: "Ovod"

Böyük premyera: "Ovod"
3 fevral 2025
# 14:31

20 aprel tarixində Heydər Əliyev Sarayında İrland yazıçısı Etel Lilian Voyniçin “Ovod” əsəri əsasında "M.Teatr"da səhnələşdirilən eyniadlı tamaşanın premyerası olacaq.

Kulis.az xəbər verir ki, yeni tamaşa aktyor Ziya Ağanın rəhbərlik etdiyi “White Roof” şirkətinin layihəsi çərçivəsində keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissoru Oksana Rəsulovadır

Səhnə əsərində obrazları Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, tanınmış aktyorlar Ziya Ağa, Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və M.Teatrın aktyorları ifa edirlər

# 1124 dəfə oxunub

Müəllifin son yazıları

# # #