Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində
6 mart 2026
# 16:30

Moskvada Azərbaycanın gənc rejissoru və aktyoru Bəhruz Əliyevin quruluşunda hazırlanan “Bir vaxtlar Parisdə” tamaşası nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, tamaşanı gənc peşəkar aktyorlardan ibarət truppa - “Teatr istoriy” təqdim edib. Bu qrup müvafiq mövzularda maraqlı səhnə hekayələri yaratmağa çalışır.

Tamaşa fransız vodevil janrına, o cümlədən Maks Morinin XX əsrin əvvəllərində yazdığı “Tərk edilmiş” və “Stradivarius” pyeslərinə, eləcə də Nataliya Makuninin orijinal dramaturgiyasına əsaslanır.

“Bir vaxtlar Parisdə” tamaşası öz teatrını xilas etməyə çalışan, iflasın astanasında olan aktyorlardan ibarət bir truppa haqqında dinamik komediyadır. Tamaşa “teatr daxilində teatr” elementlərini birləşdirir: tamaşaçılar yalnız səhnədəki hərəkətləri deyil, həm də sənətçilərin pərdəarxası həyatının şahidi olurlar. Qeyd etmək lazımdır ki, tamaşa artıq Rusiya paytaxtının müxtəlif məkanlarında nümayiş etdirilib və Moskva tamaşaçıları arasında böyük marağa səbəb olub. Sonuncu tamaşa da tamaşaçılar tərəfindən səmimi qarşılanıb.

Bəhruz Əliyev Bakı Xoreoqrafiya Akademiyasının və Boris Şukin adına Teatr İnstitutunun məzunudur.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər