“Bizi pulsuz qoydunuz” - Yusif Vəzirin Xoyskiyə məktubu

“Bizi pulsuz qoydunuz” - <span style="color:red;">Yusif Vəzirin Xoyskiyə məktubu
9 dekabr 2014
# 12:19

Kulis.az görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin İstanbulda Azərbaycan Demokratik Respublikasının səfiri olarkən Xarici İşlər naziri Fətəli xan Xoyskiyə yazdığı məktubu təqdim edir.

19 fevral 1920-ci ildə yazılan bu məktub yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının “Qurban” roman-xronikasından götürülüb.

“Ukrayna və Krımda hökuməti-mətbuəmi təmsil edərkən nə qədər maddi sıxıntılar çəkdiyimi və cümhuriyyətin şərəfinə toxunacaq dərəcədə gülünc vəziyyətlərdə qaldığımı Bakıda təqdim etdiyim rəsmi raportlarımda qeyd etmişdim. İstanbul səfarətini alarkən artıq bu dəfə hökumətim kəndisini təmsil edən bir müəssisəyə qarşı laqeyd bulunmaz zənnində idim. Təəssüflə yenə aldandım (cəsarətimdən dolayı məni əfv ediniz). Dəfələrlə rəsmi raportlar göndərdiyimə rəğmən səfarət yenə parasız buraxılır.

Zənn etmirəm ki, göndərdiyiniz əlli min franklıq bir çek ilə səfarətin (səfirlik) idarə olunacağına qanesiniz. Halbuki, yalnız səfarət binasına ayda dörd yüz səksən lirə icarə verilir. Səfir, müstəşar, iki katib, kavaslar və Bakı ilə İstanbul arasında rabitəmizi təmin edən kuryerdən ibarət bir təşkilat əzalarının maaşları və i. a.

Təfsilata hacət varmı? Rəsmi raportlarımda uzun-uzadı bəhs olunur. Yalnız sizdən bir ricam vardır. Hökumətimizin xətaları üzündən üzərimə düşən bu ağır məsuliyyətdən məni qurtarınız və müsaidə ediniz səfarəti müstəşarıma tərk edərək geri gələyim. Əminəm ki, bu dəfə artıq kuryer həftələrcə Bakıda ləngiməyəcək və cavabınızı alar-almaz bu ağır məsuliyyətdən qurtaracağam”.

# 1313 dəfə oxunub

Müəllifin son yazıları

# # #