Rejissor homoseksuallara müraciət etdi: “Aksiyanı dayandırın!”

Rejissor homoseksuallara müraciət etdi: <span style="color:red;">“Aksiyanı dayandırın!”
11 aprel 2015
# 11:03

Kulis "Toy 2" filminin rejissoru Həsən Əliyevin açıq məktubunu təqdim edir.

Son vaxtlar “Toy 2” filmi ətrafında gedən söz-söhbətlər məni bu açıq məktubu yazmağa vadar etdi. Mən cavab vermədikcə düşünürlər ki, susub dözəcəyəm. Amma cavab verməməyimin səbəbi odur ki, özümdən aşağı səviyyədə olan insanlara cavab verməyi özümə sığışdırmıram.

Artıq mənim ünvanıma təhqirlər və hədələr səslənir. Mən seksual azlıqlar tərəfindən facebook sosial şəbəksində yaradılan “Toy 2” filmini qınayıram” eventinin yaradıcısı olan Cavid Nəbiyevə müraciət edirəm. Əgər bu səhifədə mənim ünvanıma təhqirlər və hədələr davam etsə, həmin şəxslə məhkəmədə görüşəcəm və o, mənim bir neçə sualıma cavab verecək.

Birincisi, mən homoseksualları təhqir etməmişəm. Onlar hamısı məni təhqir edərkən filmə istinad edirlər, o halda ki, filmi heç kim görməyib. Onlar mənim filmimi məndən xəbərsiz görüblərsə, onda orada seksual azlıqları təhqir etdiyim səhnələri desinlər. O halda mən onlardan üzr istəyərəm. Necə ola bilər ki, onlar filmi görmədən onun əleyhinə çıxırlar, facebookda event yaradırlar və məni qınayırlar.

Mən onları başa düşürəm, onlar bu film vasitəsi ilə özlərinə diqqət cəlb etmək istəyirlər. Güya onların hüqüqlarını pozurlar, sıxışdırırlar, təhqir edirlər.

Mən onlara yalnız ona görə cavab vermirdim ki, onları reklam etmək istəmirəm. Onlar özlərini piar etmək üçün düzgün adamı və filmi seçməyiblər. Filmin nümayişinə gəlmək istəmirlərsə gəlməsinlər və onları heç kəs də dəvət etmir. Mən rəsmən bəyan edirəm ki, bu filmdə başqa filmərdən fərqli olaraq homoseksual qəhraman ümumiyyətlə yoxdur.

Mən o qədər “müasir” adam deyiləm ki, homoseksuallar haqda film çəkim. Bəli, mən homofobam.

Müsahibələrimin birində demişəm və indi də təkrar edirəm: azad və demokratik ölkədə yaşayıram. Söz və fikir azadlığı hüququna malikəm və öz fikirlərimi heç kimə calamıram. Mən hakim deyiləm və onları mühakimə etmək fikrim yoxdu. Onlar layiq olduğu həyatı yaşayırlar və mən onların yerinə Allahın qarşısında cavab verməyəcəm. Hər kəs öz əməllərinə görə cavab verəcək. Onlar öz statuslarında Allah məni cəzalandıracaq deyə qeyd edəndə məni gülmək tutur.

Sonda mən hamını “Toy 2” filminə baxmağa dəvət edirəm və onu da qeyd etmək istəyirəm ki, film ailəvi baxış üçün nəzərdə tutulub. Mən şəxsən filmə ailəmlə baxmağa gələcəyəm.

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

# # #