Təkamül Allahı inkar edirmi? - POLEMİKA

Təkamül Allahı inkar edirmi? - POLEMİKA
11 may 2016
# 14:48

Kulis.Az Solomon Canın “İslam dini və təkamül nəzəriyyəsi” məqaləsini təqdim edir.

İlk atom hidrogendir; 1 elektron və 1 protondan meydana gəlir. Yəni təklik xüsusiyyəti var. İkinci atom isə 2 elektron və 2 protona sahib Helyumdur. Helyum, Hidrogendən müstəqil bir şəkildə yaranmış ola bilməz.

Tam tərsi Hidrogendən yaranır. Yəni atomların yaradılışı belə tamamilə bir-biriylə əlaqəlidir. Bir atom bir anda deyil, özündən əvvəlki atomların qarşılığı və ya təkamülü ilə yaranır. Kainatdakı hər atom, hər ulduz, hər Planet, hər Qalaktika müəyyən səbəblərlə və müəyyən müddətlə milyonlar, hətta milyardlarla ildə yaranmışdır. Canlılarda da təkamül mövcuddur və Təkamül nəzəriyyəsi bir növün digər növə necə və hansı mexanizmlər daxilində çevrildiyini izah edən sahədir. Planetdə ilk canlı hüceyrənin necə ortaya çıxmasını isə Abiogenez izah edir. Təkamül dəyişmə, inkişaf etmə, kamilləşmə mənasına gəlir. Təkamül sadəcə yaradılışda deyil, həm də mədəniyyətlərdə insan zəkasında, kamilliyində özünü əks etdirir.

Bəzi elm düşmənləri kreisonistlər təkamülün inanclara zidd olduğunu insanlara çatdırmaq üçün bütün alternativ yollara əl ataraq bütün sosial şəbəkələrdə öz məqsədlərini həyata keçirirlər. Bəs, yaxşı doğurdanmı təkamül nəzəriyyəsi inanclara, xüsusəndə Qurana ziddir?

Təkamül nəzəriyyəsi hüceyrə, atom və cazibə nəzəriyyələri kimi elmi bir nəzəriyyədir. Təkamül nəzəriyyəsi Allahın varlığını inkar etmir. Çünki elm, təbiətdəki fenomenləri açıqlamaqla məşğuldur. Allahın fövqəltəbii bir varlıq olduğunu Quran özü qeyd edir. Təkamül nəzəriyyəsi iddia edir ki, insanlar təbii bir müddətin sonunda, zamanla meydana gəlmişdir. Din də bunu inkar etmir. Qurandan misallar:

Nuh surəsi: 14. Axı O sizi mərhələlərlə yaratdı.

Nuh surəsi: 17. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.

Nuh surəsi: 18. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.

İslam dininə görə peyğəmbərlər bir çox möcüzələr göstərmişdilər. Məsələn, İsa Məsih palçıqdan quş düzəltmiş, ölüləri diriltmiş, Musanın bastonu əjdahaya çevrilmiş və sair. Ancaq yenə də islam dini bütün bunların yaşadığımız fizik aləmi üçün keçərli olmadığını deyir. Peyğəmbərlərin bəzi göstərdiyi möcüzələr bu aləmdə olsa da, bizə möcüzə olaraq görünməsinə səbəbi isə göstərilən möcüzələrin yaşadığımız fiziki aləmin yaradılış sisteminə uyğun gəlməməsidir. Yəni peyğəmbərlərin bəzi möcüzələrinə baxaraq yaşadığımız bu fiziki aləmin yaradılış sisteminə şamil edə bilmərik. İsa palçıqdan quş fiquruna oxşar bir şey düzəldirsə sonra o da canlı quş olursa bununla da yaradılan bütün quşların bir anda yaradıldığını irəli sürə bilərikmi? Əlbəttə, yox. Çünki fiziki aləmdə hər şey birdən-birə yaradılmır və belə bir yaradılış yoxdur.

İnsanın ana bətnində doqquz aylıq bir təkamülü mövcuddur. İslama görə eləcə də bütün canlıların yaradılmasında Allahın təkamül sistemi vardır. İslama görə Big-Bangdan, yəni böyük partlayışdan günümüzə qədər kainatı Allah altı zaman içərisində yaratmışdır. Çünki Fiziki aləmdə hər şey birdən-birə yaradılmır. İslama görə Allah hər cür nöqsanlardan uzaqdır. Allah istəsə hər şeyi bir anda da yarada bilər. Quran ayələrində Allahın bir şeyi yaratmaq istədikdə ona “Ol” dediyi və o şeyin olduğu göstərilir. Ancaq burda insanların səhv qavradığı bu hadisənin dərhal olub bitdiyini düşünməsidir . Lakin “ol” əmri ifadəsi dərhal olmağı deyil, meydana gəlmə müddətini ifadə edir. Məsələn əraf surəsinin 54 ayəsində göstərildiyi kimi, kainat bir anda deyil, altı zaman içərisində yaradılmışdı.

(Əraf surəsi: 54. Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır.)

İslama görə Allah hər şeyə qüdrəti çatacaq bir varlıqdır. O istəsə hər şeyi bir anda da yarada bilər. Ancaq bura imtahan dünyasıdır. İmtahan dünyasında bir anda yaratmaq olmazdı. O zaman bu imtahan olmaqdan çıxardı. Quranda bir anda yaratmaya dair bir nümunə belə yoxdur, əksinə mərhələlərlə, təkamüllə yaratmaya onlarca nümunə vardır.

Təkamül haqqında düşüncələr antik fəlsəfə dövründən bu zamana qədər irəli sürülmüşdür. Məsələn, Empedoklesə görə canlılar cansızlardan yaranmışdır. Öncə ayrı-ayrı cansız bədən üzvləri yaranmış, sonra sevginin hakimiyyəti gücləndikcə onlar birləşmiş və beləliklə, canlılar yaranmışdır. Sonra canlılar arasında qarşıdurma olmuş, bunun sonu olaraq ən güclüləri yaşamış, zəiflər isə məhv olmuşdur.

Təkamül haqqında düşüncələri islam mütəfəkirləridə müdafiə etmiş və öz yanaşmalarını irəli sürmüşdülər. Əlbəttə, bu alimlər ətraflarına yarı çılpaq qadınları cəlb edib, onlarla rəqs edərək deyil, tam araşdırma apararaq öz düşüncələrini ortaya qoymuşdular.

İslam düşüncəsində təkamül mövzusunu ciddi bir şəkildə ilk işləyən şəxslərdən biri İslam fəlsəfəsi mövzusunda kitabları olan əl-Cahizindir. Əl-Cahizin "Kitab əl-heyvan" (Heyvanlar Kitabı), 350-dən çox heyvan növünü poetik izahatlarla, lətifələr və atalar sözləri ilə açıqlayan və təyin edən ensiklopedik bir əsərdir.

Kitabda əl-Cahiz təbiətin ətraf mühitin heyvanlar üzərindəki təsirindən söz etmiş və təkamülün olmasından bəhs etmişdir. Ətraf mühitin bir heyvanın həyatda qalma ehtimalına təsirlərini nəzərdən keçirmişdir. Kitabda əl-Cahiz qida zəncirlərindən də nümunələrlə bəhs etmiş və beləcə təkamül anlayışdan bəhs edən ilk adam olmuşdur.

Əl-Cahizin daha çox elm baxımından ələ aldığı təkamül mövzusu, məşhur müsəlman filosof İbn Miskeveyh tərəfindən fəlsəfi planda araşdırılmışdır. İbn Mskevey, "əl-Fevzül-Asgar" adlı əsərinə görə, yüksək aləmdən enən nəfs (ruh) müxtəlif dünya varlıqlarında özünü göstərə-göstərə təkamül etmiş, nəhayət insanlıq mərtəbəsinə gəlmişdir. Ruh bitkidən sürünən heyvanlara, oradan meymunlara və insanlıq mərtəbəsinə qədər yüksəlmişdir. (İbn Miskeveyh'in bu düşüncələri üçün baxın. Əl Fevzül-Asgar, səhifə 76-83)

Ərzurumlu İbrahim Haqqı "Mərifətnamə" də (səhifə: 31-33) təkamül haqqındakı fikirlərini belə yekunlaşdırmışdır: “Varın yox olması, sıx var olması mümkün deyil. Var daim var, yox da daim yoxdur. Lakin var bir mərtəbədən digər mərtəbəyə, bir haldan digər hala keçə bilər. Allahın əmriylə fələklər və ulduzlar hərəkət edib dörd ünsür (işçi), istihalə (təkamül) ilə bir-birinə qarışmış, ünsürlərin izdivacından (qarışığından) əvvəl mədənlər, ondan bitkilər, ondan heyvanlar vücuda gəlmiş və heyvan kamalını tapınca insan meydana gəlmişdir. Mədənlərlə bitkilər arasında ara varlıq mərcandırlar, bitkilərlə heyvanlar arasında ara varlıq xurmadır, heyvanlarla insanlar arasında ara varlıq meymundur”.

İbn-i Sina Aristotel fəlsəfə anlayışını İslam düşüncəsinə görə şərh edib yaymağa çalışmışdır. Canlı probleminə, müşahidəyə söykənən bir psixologiya anlayışında həll axtaran İbn Sinaya görə dirilik bir tərkibdi. Təbii orqanların, səmavi güclərin köməyiylə birləşməsindən canlılar ortaya çıxar. Bu hadisə də, müəyyən mərhələlərə uyğun olaraq reallaşar. İlk ortaya çıxan canlı bitkidir. Bitkidə toxumla artıma, bəslənmə və böyümə gücləri vardır. İkinci mərhələdə ortaya çıxan heyvanda isə öz-özünə qavrayış gücləri vardır.

İbni Tufeyl iki eyni adlı romanı "Hay bin Yakzan"da isə insanın mənşəyi haqqında təbiətçi bir nəzəriyyəni müdafiə etməkdədir. Hər iki romandakı təkamül düşüncəsi İslam düşüncə tarixində çox rəğbət görməmiş, ümumi olaraq İslam dünyasında Yeni Əflatuncu-Xristian təsiriylə cənnətdən qovulmaq və yer üzünə düşmə görüşünə inanılmışdır. Hər iki romanda da təbiətin övladı olaraq anasız-atasız, torpaq və palçıqdan kimyəvi reaksiyalarla canlı halına gələn Hay min Yakzan əslində Adəmin yaradılışını izah etməkdədir.

İbni Haldun açıqca "Xurma və üzüm ağacı sədəfə, meymun insana, insan mələyə insilah edə bilər" deyirdi. Buradakı "insilah" sözü daha yaxşıya keçmə, təkamül, çevrilmə, islahat, dəyişmə və s. mənalara gəlməkdədir.

Biruni ilə birlikdə İslam düşüncəsindəki yaradıcı təkamül və ya təkamülçü yaradılış nəzəriyyəsinin zirvəyə çıxdığını görürük. Biruni geo-kimyəvi təkamül deyə biləcəyimiz bir görüşü müdafiə edirdi. Biruniyə görə kainatın tekevvünü Allahın elə iradə etməsi nəticəsində geo-kimyəvi bir təkamülün nəticəsidir. Allahın əzəli planına görə kainat, ümumi coğrafi-kimyəvi təkamülün keçirməkdədir. Bu mərhələdə, uyğun şərtlər meydana gəldiyində mədənlər və canlı növlər bir-birindən müstəqil olaraq ortaya çıxmaqdadır. Hər bir geo-kimyəvi zaman öz növlərini ortaya çıxarmaqdadır. Biruniyə görə geo-kimyəvi təkamül kainatda meydana gələn yer üzü (geologiya), səma (astronomiya), fizika (maddə), minerallar (kimya), həyat (biologiya) hərəkətlərinin (ekoloji) bütünüdür. Kainatın yaranmasından bu yana meydana gələn bütün bu ekoloji dəyişiklik zamanları hər dəfə öz canlı növlərini doğurmuşdur. Növlər bir-birinə çevrilmiş, ekoloji tarazlıq dəyişikliklərinə paralel bir şəkildə bir-birinin ardınca müstəqil olaraq təbiətdən çıxmışdır. Bu, Hind-Buddist fəlsəfədə olduğu kimi (qarışıq) dövrü daim şəklində deyil, bir-birini təqib edən bir davamlılıq içində olmuşdur, olmağa da davam etməkdədir.

İslam aləmində "ikinci ustad kimi tanınan Fərabinin "Ara Bhi el-Medinet el Fədüet" kitabı kainatın təkamülü və dərəcələndirilməsi üzərinə yazılıb. Fərabiyə görə, bu varlıqların rütbə silsiləsi ilk dəfə ən alt səviyyədəki varlıqda başlamış, sonra daha üst səviyyədəki varlığa keçərək beləcə daha körpüsü olmayan səviyyəyə qədər inkişaf etmişdir. Ən altdakı varlıq təşəkkül etmiş ilk maddi varlıqdır, onun üstündəki digər varlıq isə elementlərdən meydana gəlmiş varlıqdır. Sonra mədən, sonra bitki, daha sonra danışmayan heyvan gəlir; danışan heyvan xaricində daha üstün olan yoxdur.

Beləcə şəxsi mülahizələrimdən yanaşaraq bəzi məqamları sizlərə izah etmiş oldum. Mövzumu bitirərkən sizlər üçün islam aləmində söz sahiblərindən olan, Cəlaləddin Ruminin “Məsnəvi”sindən bir beyti bölüşmək istəyirəm:

Cansızkən öldüm, yatar oldum.

Yatarkən də yenə öldüm və heyvan oldum.

Heyvan ikən də öldüm, insan oldum.

İnsan ikən də ölür və sonunda mələk olaram.

Məsnəvi, C. IV, s. 3637

# 1628 dəfə oxunub

Müəllifin son yazıları

# # #