Həbsxanada evlənən ömürlük məhbus şairin həyat yolu - VİDEO

Həbsxanada evlənən ömürlük məhbus şairin həyat yolu - VİDEO
30 oktyabr 2013
# 17:39

Bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında saxlanılan ömürlük məhkum Sergey Strelyayevlə Lüdmila Alenikovanın nikah mərasimi keçirilib.

Sergey Strelyayev ədəbiyyatla maraqlanır və şerlər yazır. L. Alenikova Rusiya ali məktəblərindən birinin üçüncü kursunda təhsil alır.


Sergey jurnalistlərə açıqlamasında bildirib ki, onlar iki il əvvəl tanış olublar: “Segeylə mənim şerlərimdən ibarət kitabın təqdimatı keçirilən zaman tanış olduq. Sonra məktublaşmağa və telefonla danışmağa başladıq. Lüdmila mənim ziyarətimə də gəlirdi. Elə görüşlərin birində ona evlənmə təklif etdim. O da qəbul elədi və bu qərarı birlikdə verdik. Hesab edirəm ki, sevən insanlara şərait və məsafə mane olmur. Allah sevgi hissi yaşamağı və xoşbəxt olmağı hər kəsə qismət eləsin”.

Kulis.az 5 şeir kitabı işıq üzü görmüş Sergey Strelyayev haqqında maraqlı məlumatlar əldə edib.

O, 1979-cu ildə Azərbaycanın qərbində rus kəndlərindən birində doğulub. Atası idmançı, futbolçu, anası isə Moskvada təhsil almış mühəndis olub. Sergeyin 7 yaşı olanda onlar Bakıya köçüblər. Burada o məktəbə və teatr dərnəyinə gedib. Bakı Dövlət Universitetinin politologiya fakültəsinə daxil olub. Üçüncü kursda universitetdən çıxıb və hərbi xidmətə yollanıb.

İl yarım xidmətdən sonra o universitetə bərpa olunmaq üçün bizneslə məşğul olub. 2002-ci ildə o, iki qonşusunu qətlə yetirməkdə ittiham olunaraq həbs olunub. Özü bu adamları öldürmədiyini söyləyir. Həbsdə olduğu müddətdə Sergeyin “Qışqıran qəlb”, “Tale gərdişi” kitabları işıq üzü görüb. Şeirləri müxtəlif mətbu orqanlarda dərc olunub.

Sergey Strelyayevin saytı da var: http://www.sergeystrelaev.com.

# 8573 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #