Çində “qrup seks” qalmaqalı baş verib

Çində “qrup seks” qalmaqalı baş verib
17 avqust 2012
# 12:20

Çinin Anhuy əyalətinin 1 milyon əhalisi olan Lujyanq şəhərində qalmaqal yaşanıb. Çin Kommunist Partiyasının üzvü olan üç nəfər, Lujyanq şəhərinin hakimi Vanq Minsenq, köməkçisi Cianq Dabin və Gənclər üzrə nazir Vanq Yunun çılpaq vəziyyətdə, üzərində alt paltarları olan iki qadınla otel otağında çəkilmiş yüzə qədər fotosu keçən həftə ərzində Çinin Tvitteri sayılan Veybo sosial şəbəkəsində istifadəçilər tərəfindən paylaşılıb.

Çində qrup sekslə məşğul olmaq, “Qrup halda əxlaqsızlıq” adı altında 1997-ci ildən bəri cinayət əməli hesab olunur. Partiya üzvlərinə qarşı cinayət işi açılıb. Vanq Minsenq və Cianq Dabin etdikləri cinayət əməlini qəbul etməsələr də, Gənclər üzrə nazir Vanq Yu, fotolarda özünün və həyat yoldaşının olmasını təsdiqləyib.

# 6751 dəfə oxunub

Müəllifin son yazıları

# # #