Tanınmış rejissor reanimasiyaya düşdü

Tanınmış rejissor reanimasiyaya düşdü
7 oktyabr 2015
# 11:55

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev xəstəxanaya yerləşdirilib.

Rejissor Elxan Qasımovun APA-ya verdiyi məlumata görə, F.Əliyev hazırda N.Tusi adına xəstəxananın reanimasiya şöbəsində müalicə alır: “Üç-dörd gündür, xəstəxanaya yerləşdirmişik. Vəziyyəti orta-ağırdır. Hələlik yanına adam buraxmırlar. Ümid edirik, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Əməkdar incəsənət xadimidir.

O, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və s. filmlərin rejissorudur.

# 1075 dəfə oxunub

Müəllifin son yazıları

# # #