Məşhurların qeyri-adi fobiyaları

Məşhurların qeyri-adi fobiyaları
17 yanvar 2013
# 08:00

Mişel Pfayffer və Uma Turman qapalı məkanlardan qorxurlar. Turman “Billi öldürməli-2” filmində qəhrəmanın tabutda diri-diri basdırılmağı səhnəsinə görə bu qorxusu ilə mübarizə aparmalı olub.

Vupi Qoldberq, Şarliz Teron, Ben Afflek, Şer və Kolin Farrel aviauçuşlar fobiyasından əziyyət çəkirlər.

Maykl Cekson da təyyarə və helikopterdə uçuşlara qarşı dözümsüz idi. Londonda konserti təşkil olunarkən Cekson təşkilatçılara onu konsert meydançasına katerdə gətirmələrini xahiş etmişdi. Maykl Cekson uçuşlarla yanaşı avtomobil tıxaclarından da qorxurdu.

“Malibunun xilaskarları”ndan biri – Karmen Elektra isə sudan qorxur. Suda baş tutan çəkilişlər bu baxımdan aktrisa üçün sözün əsl mənasında işgəncə idi.

Conni Deppin fobiyası isə daha maraqlıdır. O klounların rənglənmiş sifətlərindən qorxur. Və yalnızca klounlar deyil, tanınmaz dərəcədə rənglənmiş bütün üzlər Deppi vahimələndirir.

Aktrisa Pamela Anderson isə yəqin ki, güzgüdən imtina edən çox az qadından biridir. O nəinki güzgüyə baxmamağa çalışır, hətta özünü ekranda gördükdə belə televizoru söndürür.

Qaranlıqlar isə Cennifer Lopes və Kianu Rivzin qorxulu kabusudur. İlya Laqutenko və Skarlett Yohanson tarakanlardan, Vudi Allen və Stiven Spilberq isə hər hansı həşəratdan dəhşətə gəlir.

Nikol Kidmanın qorxusu daha “ekzotikdir”. O həmişə üstünə kəpənək qonacağından xoflanır.

Olduqca orijinal insan olan Alfred Hiçkokun da çox maraqlı fobiyası olub. O ovalşəkilli əşyalardan dəhşətli dərəcədə qorxurmuş.

Kameron Dias isə anlaşılmaz səbəblərə görə qapı dəstəyindən qorxur.

Rəvan

# 4249 dəfə oxunub

Müəllifin son yazıları

# # #