Tanınmış şairə dünyasını dəyişdi

Tanınmış şairə dünyasını dəyişdi
22 iyun 2015
# 12:12

Tanınmış şairə Zivər Ağayeva dünyasını dəyişib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, Z. Ağayeva bir müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Z. Ağayeva ilə vida mərasimi Bilgəhdə keçiriləcək və mərhum bu gün Bilgəh qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Z.Ağayeva 1934-cü ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Bakı Tibb Texnikumunu və ADPU-nun dil və ədəbiyyat fakültəsini bitirib, "Azərbaycan qadını" jurnalında işləyib. Müəllif “Özün seç, özün bəyən”, “İlk baharda gəlmişəm” və s. kitabların müəllifidir.

Onun sözlərinə bəstələnən mahnıları Flora Kərimova və başqa bir çox tanınmış müğənni ifa edib.

# 1908 dəfə oxunub

Müəllifin son yazıları

# # #