Əmisi oğlu ilə eşq yaşadı, zifaf gecəsi İran şahını ovsunladı, ömür boyu bakirə qaldı – Ağabəyim ağadan maraqlı faktlar

Əmisi oğlu ilə eşq yaşadı, zifaf gecəsi İran şahını ovsunladı, ömür boyu bakirə qaldı – Ağabəyim ağadan maraqlı faktlar
7 sentyabr 2020
# 11:32

Kulis.az şairə Ağabəyim ağanın həyatından maraqlı faktları təqdim edir.

Ağabəyim ağa 1780-ci ildə Xankəndində anadan olub.

***

O, Qarabağ xanı İbrahimxəlil xanın qızı, Azərbaycanın tanınmış şairəsi Xurşid Banu Natəvanın bibisi, İran şahı Fətəli şahın xanımı idi...

***

İran taxtına çıxan Fətəli şah Ağa Məhəmməd şah Qacarın Şuşada qətlə yetirilməsini bir şərtlə əfv edəcəyini bildirir. O İbrahimxəlil xandan iki dövlət arasında sülhün bərqərar olması üçün qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini istəyir. İbrahimxəlil xan 1801-ci ildə bu nikaha qol qoyur və öz sevimli qızını İran hökmdarı Fətəli şaha ərə verir.

Gallery

Yusif Vəzir Çəmənzəminliyə görə, Ağabəyim əmisi Mehralı bəyin oğlu Məhəmməd ilə böyük eşq yaşayıb. Fətəli şaha ərə getsə də ömrünün sonuna kimi sevgisinə sadiq qalıb.

***

Ağabəyim ağa zifaf gecəsi Fətəli şaha elə bir jest edir ki, Fətəli şah ömrünün sonuna kimi ona yaxın durmur. Belə ki, zifaf gecəsi Ağabəyim xanım şahı anasının rəsmi libasında qarşılayır. Nikahlı arvadını anasının paltarında görən şahın gözləri kəlləsinə çıxır. Ömrünün sonunadək bakirə qalmış şah xanımı haqqında digər salnaməçilər, o cümlədən Mirzə Fəzlullah Şirazi-ye-Xavəri, Məhəmməd Həsən xan Etimadüs-səltənə (və sadalamadığımız daha neçə tarixçi) də yazırlar ki, Fətəli şah zifaf gecəsi xan qızının yanına girdikdən cəmi on beş dəqiqə sonra ordan dəli kimi çıxdı və bircə kəlmə söz dedi: “İbrahim xanın qızı məni ilan kimi çaldı”. Bundan sonra o, qəzəblə öz otağına doğru yürüdü”.

***

Bir gün Fətəli şah Ağabəyim ağadan soruşur ki, mən səni bu qədər sevirəmsə, sən məni nə qədər sevirsən?

Ağabəyim ağa cavab verir ki, bir ürəkdə iki məhəbbət ola bilməz.

Cavab şahın şəstinə toxunur və deyir ki, mənim ürəyimdə 500 qadın yaşayır.

Ağabəyim ağa onsuz da şahı sevmirdi və istehza ilə onun cavabını qaytarır:

- Sürü yatağı ilə məhəbbət məkanının çox fərqi var.

***

Günlərin bir günü Fətəli şah şairə Ağabəyim ağaya böyük bir şeir dəftərini verib deyir ki, “Oxu, bəyənmədiyin şeirin üstünə barmağını qoyarsan”. Ağabəyim ağa da şahın şeirlərini oxuyub, dəftəri çevirir və şəhadət barmağını qoyur üstünə. Şah qulaqlarına qədər qızarır.

Gallery

İrəvan xanının ruslara əsir düşmüş qardaşı yüzbaşı Həsən xanın azad olunması da, deyilənə görə, Ağabəyim ağanın böyük xidmətləri olub.

***

Fətəli şahın Ağabəyim ağa ilə münasibətləri gərgin olsa da o, xan qızının təkcə gözəlliyinə deyil, ağlına, dərrakəsinə də məftun kəsilib. Onu həddən artıq çox sevərmiş. Hətta deyilənlərə görə bir gün yaxınlarına “Ağabacı gözümə ilan kimi görünür” deyən Fətəli şah, Ağabəyim ağa vəfat etdikdə “Mən onunla xoşbəxt idim” deyib göz yaşı tökmüşdü.

***

İran səfərinə çıxmış İngiltərə kralı Ağabəyimin camalına və kamalına heyran olaraq öz əli ilə ona “Müqəddəs Georgi” ordeni təqdim etmişdi. Ağabəyim ağa bu mükafatı almış yeganə türk qadınıdır.

***

Həyatının sonuna kimi bakirə qalan Ağabəyim ağa, ona övladlığa verilən şahzadə Keykavusu öz doğma balası kimi böyüdüb.

***

Həyatının sonuna yaxın Ağabəyim Ağa sarayı tərk edərək Qum şəhərində ona məxsus olan qəsrə köçüb və sakit bir hücrədə sakit yaşayıb.

***

Bir çox mənbələrdə Ağabəyim ağanın vəfat etdiyi qeyd edilir. Ancaq Mehriban Vəzirin yazdığına görə, Ağabəyim Ağa rusların Qafqazdan çıxarılması uğrunda növbəti müharibənin tərəfdarlarından idi. Buna görə də, 1831-ci ildə ruslar sarayda mötəbər mövqedə olan erməni casuslarının əli ilə Ağabəyim ağanı zəhərləyərək öldürüblər.

***

1832-ci ildə vəfat edən Ağabəyim ağa Qum şəhərindəki xanədan sahiblərinə məxsus qəbiristanlıqda dəfn olunub.

# 27922 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #