Məlik Dadaşov onu tərk etmişdi? - Əri, iki oğlu və özü Xalq artisti olan Sofiya Hüseynova

 Məlik Dadaşov onu tərk etmişdi?  - Əri, iki oğlu və özü Xalq artisti olan Sofiya Hüseynova
30 iyul 2023
# 21:00

Bu gün C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Sofiya Hüseynovanın anım günüdür.

Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Sofiya Hüseynova 1926-cı ildə Naxçıvanda anadan olub.

***

Atası Həsən İsmayılov hərbçi, anası Xədicə Qazıyeva aktrisa olub.

***

Sofya Hüseynova orta məktəbi bitirəndən sonra anasının tövsiyəsi ilə aktrisa olub. 1944-cü ildə Naxçıvan Dövlət Dram Teatrının truppasına daxil olan aktrisa fəaliyyətini Zaqatala Dövlət Dram Teatrında davam etdirib.

Gallery

Zaqatala teatrında çalışdığı illərdə əsas rolların ifaçısı olan Xalq artisti Məlik Dadaşovla tanış olur. Bir çox tamaşalarda tərəf müqabili olan iki gənc sənətçi arasında sevgi münasibətləri yaranır və bu münasibət evliliklə nəticələnir.

***

Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir. Amma bu ailənin ömrü uzun olmur. Bir müddət Bakıda yaşayan cütlük 1955-ci ildə ayrılmaq qərarına gəlir. Sofiya Hüseynova balaca Rafaeli də götürüb Naxçıvana - doğma teatra qayıdır.

***

Bəzi mənbələrdə Məlik Dadşovun Sofiyadan olan oğlu Rafaelə sahib çıxmadığı yazılır.

Rafael Dadaşov da heç vaxt atası haqqında ətraflı danışmayıb, həmişə deyib ki, onu anası böyüdüb.

Gallery

Təkbaşına övlad böyüdən gənc aktrisa dayanmadan çalışır, qastrol səfərlərinə gedir. Rəfaelə vaxt ayıra bilmir. Uşaq nənəsi Əməkdar artist Xədicə Qazıyevanın himayəsində böyüyür. Rafael Dadaşov anası ilə bağlı xatirələrində deyirdi: “Anamdan çox nənəmin yanında olmuşam.”

***

Sofiya Hüseynova bir müddət Naxçıvanın "Araz" Dövlət Mahnı və Rəqs Ansamblında rəqs qrupunun solisti kimi fəaliyyət göstərib.

***

Məlik Dadaşovdan ayrıldıqdan sonra o, Naxçıvanın “Araz” Dövlət Mahnı və Rəqs Ansamblında inzibati işlərdə çalışan Maqsud Hüseynovla ailə həyatı qurur. Bu izdivacdan Xalq artisti Rövşən Hüseynov dünyaya gəlir.

***

İkinci evliliyi də Sofiya Hüseynovaya xoşbəxtlik gətirməyib. Həyat yoldaşı xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında dünyasını dəyişib. Həyat onu iki atasız övlad böyütməklə sınağa çəkir.

Gallery

3 yaşı olanda anası onu teatra aparıb. Sofiya Cəfər Cabbarlının “Sevil” tamaşasında balaca Gündüzün sözsüz səhnələrini oynayıb.

***

İlk peşəkar rolu isə Səməd Vurğunun “Vaqif” dramında gürcü qızı Tamara obrazı olub.

***

Erməni dilini mükəmməl bilirdi.

***

Sofiya Hüseynova 2015-ci ildə dünyasını dəyişib.

Gallery

# 42881 dəfə oxunub

Müəllifin son yazıları

# # #