Tanrı bu xalqa qoyunu elçi göndərdi - Fotolar

Tanrı bu xalqa qoyunu elçi göndərdi - Fotolar
14 oktyabr 2021
# 18:15

Nigeriyanın yaşayan igbolar Çukvu adlı tanrıya inanırlar. Onların inancına görə Çukvu insanları ölümsüz yaratmaq istəyib. Buna görə, yanına bir it çağırır və ona təlim verib insanların yanına göndərir.

Təlim bundan ibarət olur: ölən adamların meyitinə kül səpsinlər, o, diriləcək və əbədi yaşayacaq. Lakin it yollarda avaralanır, gəlib lazım olan ünvana çıxmır.

Bu zaman Çukva bir qoyunu elçi göndərir. Qoyun itdən fərqli olaraq gedib ünvana çatır, lakin tanrının ismarışını igbolara doğru çatdıra bilmir, səhvən ölənin basdırılması təlimini verir.

Beləliklə, insanlar ölümlü olur və basdırılandan sonra bir daha bu dünyaya qayıda bilmirlər.

Məlumat üçün bildirək ki, igbolar Nigeriyanın şimali-şərqində yaşayan xalqdır. Niger-Kongo dil ailəsinə aid Kva dilində danışırlar. Sayları 21 milyondan artıqdır. Əsasən əkinçilik və ticarətlə məşğul olurlar.

Bir çoxları atalarının ruhlarına və təbiətə tapınar, kahinlərinə itaət edər. Müstəmləkəçilik illərində xristianlığı qəbul edənlər də var. Nigeriyanın İngiltərə zülmündən xilas olub müstəqillik qazanmasında igbolar xüsusi rolu vardır.

# 6698 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #