5 müdrik yəhudi: insanda niyə hər şey pisdi?

5 müdrik yəhudi: insanda niyə hər şey pisdi?
3 iyun 2020
# 21:02

Kulis.az beş müdrik yəhudinin həyatın pis olması barədə fikrini təqdim edir.

Birinci müdrik yəhudi dedi: insanlarda hər şey pisdir, çünki burda (əlini alnına qoyur) hər şey pisdir. Bu yəhudi Musa peyğəmbər idi.

İkinci müdrik yəhudi dedi: insanlarda hər şey pisdir, çünki burda (əlini ürəyinə qoyur) hər şey pisdir. Bu, İsa Məsih idi.

Üçüncü müdrik yəhudi dedi: insanlarda hər şey pisdir, çünki burda (əlini cibinə qoyur) hər şey pisdir. Bu, Marks idi.

Dördüncü müdrik yəhudi dedi: insanlarda hər şey pisdir, çünki burda (əlini qasığına qoyur) hər şey pisdir. Bu, Freyd idi.

Beşinci müdrik yəhudi isə dedi: insanlarda hər şey o qədər də pis deyil, çünki hər şey nisbidir. Bu, Eynşteyn idi.

# 6134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #