Niyə getdin? Niyə döndün? Niyə baxdın? - Günün şeiri

Hüseyn Cavid

Hüseyn Cavid

5 dekabr 2022
# 12:40

Bu gün böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anım gündür. Kulis.az bu münasibətlə onun "Niyə getdin? Niyə döndün? Niyə baxdın?" şeirini təqdim edir.

Niyə getdin? Niyə döndün? Niyə baxdın?

Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.

Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

# 2909 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #