Yazıçılar haqda eksklüziv LƏTİFƏLƏR

Yazıçılar haqda eksklüziv <span style="color:red;">LƏTİFƏLƏR
13 fevral 2015
# 21:00

Kulis.az yazıçılarla bağlı eksklüziv lətifləri təqdim edir.

Fərid Hüseyn küçədə Qisməti dilxor görüb soruşur:

- Nə olub?

- Heç...

- Şeirlərini pisləyiblər?

- Yox...

- Pulun qurtarıb?

- Yox, varımdı...

- Haransa ağrıyır?

- Yox, lap sağlamam.

- Evdə problem var?

- Yox, hər şey qaydasındadır.

- Bəs nə olub? Lap ürəyimi üzdün.

- Görmürsən, deyirlər, Pamuk Nobeli siyasi söhbətlərə görə alıb.

***

Şəhriyar del Gerani topdansatış mağazaya girib, bir “kletka” (12 dənə) araq sifariş edir. Satıcı irişir:

- Keçmisən 3 bəndlik şeirə?

- Bu nə deməkdi? – Şəhriyar təəccüblənir...

- Müsahibədə demiyibsən, hər misranı bir şüşə araqla qeyd eləyirəm?

***

Kənan Hacı şahid kimi məhkəməyə çağırılır. Zərərçəkən danışır, Kənan deyir, siz düz deyirsiz. Müttəhim sözə başlayır, Kənan ona da deyir: “Bəli, tamamilə haqlısız!”

Hakim dözmür:

- Siz eyni vaxtda hər iki tərəfi müdafiə edib deyirsiz ki, düz deyirlər... Belə olmaz axı.

Kənan gülümsəyir:

- Siz də düz deyirsiniz.

***

Bir dəfə Şərif Ağayarla Aqşin Yenisey kafelərin birində yeyib-içirmişlər. Kafeyə çiynisazlı bir aşıq girir, ora-bura baxır və arağın təsirindən gərilib iki özü boyda olan Şərifi tanıyır. Yaxınlaşıb onunla əl görüşür, hal-əhval tutur, sonra əyilib kasada pətənə ilə qurdalanan Aqşinin üzündən öpür və deyir:
- Allah saxlasın!

***

Redaksiyada mübahisə gedir. Aqşin Yenisey:

- Yazıçının ya gərək zəngin genetikası olsun, ya da o, mütləq uşaqlığında at minməlidir.

Mirmehdi Ağaoğlu etiraz edir:

- Tural ki, at minməyib.

Ağa Cəfərli:

- Niyə minməyib, bir dəfə mənim yanımda poniyə mindi.

Aqşin Yenisey:

- Yazıq poninin olanı budu də!

***

Redaksiyaya Polşadan jurnalist gəlir. Polyak dili mütəxəssisi Rüfət Əhmədzadəni çağırırlar ki, tərcüməçilik etsin. Amma heç nə alınmır. Məlum olur ki, polyakla biri-birini anlamırlar. Hamı sual dolu nəzərlərlə Rüfətə baxanda o, üzünü qırışdırıb boynunu arxasını qaşıyır:

- Ayə, diyanın eee... deyəsən, mən çex dilini qutarmışdım axı...

# 1453 dəfə oxunub

Müəllifin son yazıları

# # #