Gənc Film İstehsalçıları Assosiasiyası jurnalistlər üçün master-klasslar təşkil edir

Gənc Film İstehsalçıları Assosiasiyası jurnalistlər üçün master-klasslar təşkil edir
17 aprel 2013
# 17:38

Gənc Film İstehsalçıları Assosiasiyası (AGFİA) art jurnalistlərə və sənətlə maraqlanan gənclərə ünvanlanmış master-klasslar silsiləsinə başlayır. Kulis.Azın məlumat verir ki, master-klasslar AGFİA-nın “Fokus” Yaradıcı Gənclərin Kino Evi” layihəsi çərçivəsində həyata keçirilir.

İlk silsilədə sənətşünas Aydın Talıbzadə, filosof Aydın Əlizadə və professor Aydın Dadaşovun mühazirələri nəzərdə tutulur. Mühazirələr “Yuğ” teatrında cümə günləri saat 7-də keçiriləcəkdir.

Layihənin Facebook səhifəsindən (https://www.facebook.com/fokuskinoevi) periodik olaraq mühazirələr vaxtı haqda məlumat almaq olacaq. İlk mühazirni aprel ayının 19-u Aydın Talıbzadə aparacaq. Layihə Respublika Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşir.

# 1772 dəfə oxunub

Müəllifin son yazıları

# # #