Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI

<b>Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - <span style="color:red;">SİYAHI </b>
23 aprel 2018
# 12:45

Astronomiya elmi üzrə ali beynəlxalq qurum olan Beynəlxalq Astronomiya Birliyi inkişaf etmiş ölkələrin rəsədxanaları, astronomiya elmi üzrə alimləri ilə əməkdaşlıq edir. Mütəxəssislər, aparılmış astronomik müşahidələrin, tədqiqatların nəticələrini qurumun üç ildən bir çağırılan baş assambleya iclaslarında müzakirəyə çıxarırlar. Bundan əlavə, birlik, ölkələrin bu elmə verdiyi töhfələri, araşdırmalarda əldə etdiyi nailiyyətləri əsas götürərək, asteroidlərə, yeni kəşf edilmiş planetlərə və planetlər üzərindəki kraterlərə ölkələrin görkəmli şəxsiyyətlərinin, elm, incəsənət xadimlərinin adlarını verir.

Beynəlxalq Astronomiya Birliyinin bu siyahısında Şamaxı Astrofizika Rəsədxanasının yaranışından bəri burada çalışan mütəxəssis, alimlərin apardığı faydalı tədqiqatlara görə, Azərbaycan şəxsiyyətləri də yer alıb. Bu adlar müxtəlif ölkələrin rəsədxanalarının, əsasən də, Krım rəsədxanasının kəşf etdiyi asteroidlərə, planetlər üzərindəki kraterlərə təşəbbüs əsasında verilib.

Beləliklə Kulis.az adları göy cisimlərinə verilmiş azərbaycanlıların siyahısını təqdim edir.

1974 - cü ildə Krım rəsədxanasının kəşf etdiyi asteroidə 1994 - cü ildə Nizami Gəncəvinin adı verilib. Onun adı həmçinin Merkuri planetindəki bir kraterə də verilib.

1974 - cü ildə kəşf edilmiş digər bir asteroid isə Müslüm Maqomayevin adını daşıyır.

1978 – ci ildə həmin rəsədxana tərəfindən kəşf edilən asteriod 1997 – cil ildə Hüseyn Cavid adını alıb. Mars planetində də onun adına krater var.

1979 – cu ildə tapılmış asteroidə, 2001 - ci ildə Nəsirəddin Tusinin adı verilib. Ayın səthindəki bir kraterə də onun adı verilib.

1982-ci ilin oktyabrında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patra şəhərində keçirilən Baş Assambleya iclasında, Mars planetindəki kraterlərdən birinə, ötən əsrdə yaşamış və Şamaxı rəsədxanasının aparıcı mütəxəssislərindən biri, Günəş sistemi atmosferinin araşdırılması ilə məşğul olmuş astrofizik Nadir İbrahimovun adı verilib. Mars, Uran, Neptun planetləri onun tədqiq obyektləri idi. O, Marsda heç kəsin indiyədək görə bilmədiyi sahəsinin xəritəsini çəkmişdir.

1999 - cu ildə ABŞ-ın Lovell Rəsədxanasının aşkar etdiyi kiçik bir planetə isə, 2007 - ci ildə, Şamaxı Astrofizika Rəsədxanasının direktoru olmuş, Beynəlxalq Astronomiya Birliyinin üzvü komet və planetlərin qarşılıqlı əlaqəsini araşdıran professor Eyyub Quliyevin adı verilib. O, indi də rəsədxananın kometlər üzrə aparıcı mütəxəssisidir.

Bundan başqa 1971 - ci ildə Krım rəsədxanası tərəfindən tapılmış asteroid Azərbaycan adını daşıyır.

# 2489 dəfə oxunub

Müəllifin son yazıları

# # #