[b]Fuad Poladov:[/b] “Artıq iynə-dərman da kömək etmir”

[b]Fuad Poladov:[/b] “Artıq iynə-dərman da kömək etmir”
20 noyabr 2017
# 14:14

Azərbaycanın xalq artisti, tanınmış aktyor Fuad Poladov hazırda ev şəraitində müalicəsini davam etdirir.

Kulis.azın məlumatına görə bu barədə Modern.az-a danışan aktyor bir müddət əvvəl müalicə aldığı Milli Onkologiya Mərkəzindən çıxdığını qeyd edib:

“Evdəyəm, müalicə alıram. Amma iynə-dərmanın heç bir xeyri yoxdur, özümdə bir irəliləyiş hiss etmirəm. Yanvar ayından bura səsim batıb, heç nə kömək etmir”.

Çox çətinliklə danışan F.Poladov həmkarlarının ona tez-tez baş çəkdiyini bildirib:

“Zəng edirlər, gəlirlər. Amma onların adını çəkmək istəmirəm. Çünki sonra onlara problem olar. İşdən çıxararlar. Həmkarlarımı çətin vəziyyətdə qoymaq istəmirəm”.

Qırtlaq xərçəngindən əziyyət çəkən aktyor yeni mövsümdən etibarən səhnəyə çıxmır.

# 1277 dəfə oxunub

Müəllifin son yazıları

# # #