Elnarədən onu məhkəməyə vermək istəyən hüquqşünasa CAVAB

Elnarədən onu məhkəməyə vermək istəyən hüquqşünasa CAVAB
23 fevral 2015
# 13:23

Hüquqşünas Qurban Məmmədov müğənni Elnarə Abdullayevanı məhkəməyə verir. O biletlərin qiymətinin baha olmasına görə konsertə gedə bilmədiyini əsas gətirərək bu addımı atacaq.


Məsələ ilə bağlı Kulis.az-a açıqlama verən Elnarə Abdullayeva bildirib ki, qiymətləri özü müəyyənləşdirmir: “Mən də beş mərtəbəli villada yaşamaq istəyirəm, nolsun. Kimin imkanı varsa gəlib baxır. Mənim heç nədən xəbərim yoxdu. Bircə onu bilirəm ki, ən bahalı bilet 80 manat, ən ucuzu 20 manat olub. Qiyməti 20 manatdan da aşağı qoyaq? Bir adama da bilet aldırmamışıq. Kasıb camaatımız sağ olsun, Allah onların cibinə bərəkət versin ki, biletlərin hamısını alıblar”. Müğənni daha sonra məhkəməyə veriləcəyi təqdirdə prosesdə iştirak etməyəcəyini, adamlarını göndərəcəyini bildirib.

Xatırladaq ki, müğənni Elnarə Abdullayevanın konserti fevralın 22-də Respublika Sarayında keçirilib.

# 741 dəfə oxunub

Müəllifin son yazıları

# # #