Pop ulduz, 1998-ci ildə “Avroviziya”da qalib olmuş ilk transvestit Dana İnterneşenl İsrailin Qəzza sektorundakı hərbi əməliyyatı haqda avropalıların tənqidi fikirlərinə münasibət bildirib.
Kulis.az-ın məlumatına görə, müğənni avropalıları kəskin tənqid edib.
Hollandiya mətbuatına verdiyi müsahibədə Dana İnterneşnel deyib: “Siz sadəcə ağzınızı yummalısız. Siz milyonlarla insanı öldürmüsüz. Hollandlar, ağzınızı yumun! Belçikalılar, ağzınızı yumun! Britaniyalılar, ağzınızı yumun. Siz dünyanın yarısını istila eləmisiz. Afrikanı zorlamsız, dünyanın yarısını zorlamısız. Afrikaya pullarını geri verin. Avropada elə bir millət yoxdur ki, onun başqa millət qarısında günahı olmasın, heç kəsin İsraili tənqid eləməyə haqqı yoxdur. Avropada çoxlu müharibə olub. İndi bizim öyrənmək vaxtımızdır».