Bir həftəyə Pamukun romanı çıxır - MƏZMUN

Bir həftəyə Pamukun romanı çıxır - <span style="color:red;">MƏZMUN
2 dekabr 2014
# 13:31

Orxan Pamukun 6 ildir üzərində çalışdığı “Kafamda bir tühaflık” (Beynimdə bir qəribəlik) 9 dekabrda satışa çıxarılacaq. Kulis.Azın məlumatına görə roman eşq mövzusundadır.

Roman bozaçı (taxıl məhsullarından hazırlanan içki) Mövlud ilə üç il eşq məktubları yazdığı sevgilisinin İstanbuldakı həyatları haqqında. Romandakı əhvalat 1969-2012-ci illərdə baş verir. Qırx il İstanbul küçələrində qatıq, plov satan, avtodayanacaq gözətçiliyi edən Mövlud İstanbulun böyüməsini, Anadoludan gəlib varlananları müşahidə edir, digər tərəfdən, siyasi mübarizələrə, qiyamlara şahidlik edir. Onu başqalarından fərqlərindən beynindəki qəribəliyin səbəblərini və əslində sevgilisinin kim olduğunu daim düşünməsidir.

Eşqdə insanın niyyəti yoxsa, qisməti vacibdir? Xoşbəxtlik, ya da bədbəxtlik bizim seçimlərimizlə müəyyənləşir, yoxsa bizdən kənarda gerçəkləşir? “Beynimdə bir qəribəlik” bu suallara cavab axtararkən ailə həyatıyla şəhər həyatının mübarizəsini, qadınların ev daxilində qəzəb və çarəsizliklərini təsvir edir.

# 2176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #