“Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir”.
Bu sözləri Kulis.az-a verdiyi açıqlamada Xalq Şairi Zəlimxan Yaqub deyib.
Zəlimxan Yaqub bildirib ki, Səməd Vurğunu tənqid edənlər onun heç topuğundan da deyil: “Sərdar Cəlaloğlu getsin siyasəti ilə məşğul olsun. Səməd Vurğun onluq deyil. Səməd Vurğun oğru da deyil. Oğru özləridir”.
Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Kulis.az-a verdiyi müsahibədə Səməd Vurğunu plagiatlıqda ittiham edib. Bildirib ki, Səməd Vurğun “Ceyran” şerini Aşıq Ələsgərdən, “Azərbaycan” şeirini Əhməd Cavaddan oğurlayıb.