Pikasso “Mono Liza”nı niyə oğurlamaq istəmişdi? – Dəhşətli faktlar

Pikasso “Mono Liza”nı niyə oğurlamaq istəmişdi? – Dəhşətli faktlar
29 iyul 2019
# 17:33

Kulis.az tarixdə oğurlanmış 5 ən məşhur rəsm əsərini təqdim edir.

Yan van Eyk – “Mistik quzu”

Image result for Mystic Lamb

Yan van Eyk tərəfindən “Mistik quzu” adı ilə bilinən rəsm əsəri 1432-ci ildə çəkilib. Əsər II Dünya Müharibəsində iki dəfə oğurlanıb. İkisində də əsəri oğurlayan alman əsgərləri olub. İkinci dəfə oğurlandığında Hitler bu rəsmi Disney qalası olaraq da bilinən Neuvansteb Qalasında divardan asdırıb.

Hazırda bu əsər Belçikanın Gent şəhərindəki Müqəddəs Bavo kilsəsində saxlanılır. Qeyd edək ki, rəsmin panellərindən birinin oğurlandığı deyilir.

“III Yakob de Geyn”

Related image

Hollandiyalı rəssam Rembrandtın yaratdığı bu portret Utrext rahibinin oğluna aiddir.

1966-cı ildən bu yana dörd dəfə oğurlanan "III Yakob de Geyn" portreti "oğurlanan şah əsərlər" arasında özünəməxsus yer tutur.

Qeyd edək ki, hazırda sözügedən əsər Londonda Dulviç Rəsm Qalereyasında saxlanılır.

“Haray”

Image result for Çığlık

Edvard Munkun yaratdığı "Haray" əsəri dünya mədəniyyətinin ikonalarından biri hesab olunur. Sonuncu dəfə 2004-cü ildə oğurlanan əsər iki il sonra tapılıb yerinə qoyulmuşdu.

“Haray” tablosu Norveçin paytaxtı Oslo şəhərində yerləşən Munk muzeyində saxlanılır.

“Qırmızı jiletli oğlan”

Image result for Boy in the Red Vest

Pol Sezanın "Qırmızı jiletli oğlan" tablosu 109 milyon dollar qiymətindədir. 2008-ci ildə Byurle kolleksiyasından oğurlanan əsər məşhur tablolardan sayılır. Digərləri isə Van Qoq, Monet və Deqasa aid idi. Bütün tabloların ümumi dəyəri 300 milyon dollardan çox eləyir.

Sözügedən əsərlər Sürixdə Byurle kolleksiyasında saxlanılır.

“Mona Liza”

Image result for mona lisa

Leonardo Da Vinçinin əfsanəvi tablosu olan “Mona Liza”nın oğurluğu əsərin taleyində böyük rol oynayır. Əgər əsər oğurlanmasaydı bu qədər diqqət çəkəcəkdimi? Bilinmir.

21 avqust, 1911-ci ildə dünyanın ən məşhur rəsm əsərlərindən biri olan “Mona Liza” Parisdəki Luvr muzeyindən oğurlanmışdı.

Həmin gün bir neçə muzey məmuru rəsmin həmişə asıldığı yerdə olmadığını fərq etmişdi.

Əsər 2 il sonra tapıldı. Oğurluqla əlaqədar sorğulananlar arasında məşhur rəssam Pikasso da vardı.

# 4646 dəfə oxunub

Müəllifin son yazıları

# # #