Bu teatrlara “akademik” statusu verilib - Qərar

Bu teatrlara “akademik” statusu verilib - Qərar
1 may 2019
# 11:12

Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərar qəbul edib.

ONA-nın xəbərinə görə, qərara əsasən, “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 mart tarixli 1012 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib.

Mədəniyyət Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə qərardan irəli gələn məsələləri həll etməlidir.

# 1905 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #