Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin qurbanları anıldı

Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin qurbanları anıldı
19 yanvar 2016
# 16:51

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Kulisin teatrın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə tədbirdə yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunub.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, teatrın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova çıxış ediblər.

Çıxışlardan sonra yazıçı-dramaturq Tamara Vəliyevanın 20 Yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunub.

İki hissəli lirik dramın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın Tumanaşvili adına Teatrının baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Nigar Məmmədova, Ədalət Əbdülsəməd, Eşqin Quliyev, Kərəm Hadızadə, İlham Əsədov, Müşfiq Əliyev, Anar Seyfullayev və başqaları canlandırıblar.

# 974 dəfə oxunub

Müəllifin son yazıları

# # #