Anar və Rövşən Almuradlı “Səhra yuxuları” qadağasından danışdı

Anar və Rövşən Almuradlı “Səhra yuxuları” qadağasından danışdı
10 aprel 2014
# 14:14

Bəzi saytlarda Xalq Yazıçısı Anarın "Səhra yuxuları" əsərinin səhnələşdirilməsinə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov tərəfindən qadağa qoyulması barədə məlumat yayılıb.

Məlumatda bildirilir ki, bundan sonra Xalq Yazıçısı Mədəniyyət və Turizm nazirinə müraciət etsə də, məsələ öz həllini tapmayıb.

Məsələyə münasibət bildirən AYB sədri ayb.az saytına açıqlamasında bildirib ki, əsərlə bağlı nə İsrafil İsrafilova, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyib.

Rejissor, əsəri səhnələşdirmək istəyən Rövşən Almuradlı isə Kulis.az-a verdiyi açıqlamada bildirib ki, problem təkcə “Səhra yuxuları” ilə bağlı deyil: “Düz dörd ildir ki, “İblis”ə quruluş vermək istəyirəm, bir cavab yoxdu. Azərbaycanda hamısı dövlət teatrıdı, bəs mən harada tamaşa hazırlamalıyam? “Azdrama”da bir – iki il aktyor kimi çalışan, rejissorluğa aid olmayan adamlar tamaşa hazırlayır. Mənə də açıq demirlər ki, səbəb nədir”

# 2521 dəfə oxunub

Müəllifin son yazıları

# # #