Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il üçün Azərbaycanın elm, mədəniyyət və ədəbiyyat sahələrində dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Kulis.az-ın məlumatına görə, sərəncama əsasən, dövlət mükafatları aşağıdakı şəxslərə verilib:
Elm sahəsi üzrə
Tofiq Murtuza oğlu Nağıyev – “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə
Mədəniyyət sahəsi üzrə
Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə – Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə
Ramiz Eyyub oğlu Quliyev – konsert-ifaçılıq fəaliyyətinə görə
Ədəbiyyat sahəsi üzrə
Elmira Hüseyn qızı Axundova – “Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə.
Mədəniyyət və ədəbiyyat sahələri üzrə dövlət mükafatı verildi
27 may 2014
18:14
2209 dəfə oxunub