Qu quşu ilə sevişən qadın - RƏSMLƏR

<b>Qu quşu ilə sevişən qadın - <span style="color:red;">RƏSMLƏR </b>
16 mart 2018
# 15:00

“Leda və qu quşu” – bu bir mifoloji süjetdir.

Bu mif rəssamların və şairlərin əsərlərində zaman-zaman öz əksini tapıb.

Mifin süjeti: Kralın qızı Leda öz gözəlliyi ilə Zevsi fəth edir. Zevs qu quşu obrazına girərək Ledanı aldadır və onunla sevişir.

Bu erotik süjet rəssamların, şairlərin diqqətini çəkib.

Renessans dövrünün rəssamları “Leda və qu quşu” əfsanəsini kətan parçaya gətiriblər. O dövrdə bu mövzuda üç rəssam əsər çəkib: Leonardo da Vinçi, Mikalencelo Buanarotti və Antonio da Korreco.

XIV əsrin əvvəllərində Leonardo da Vinçi “Leda və qu quşu” mifinə müraciət edir. Rəsmdə çılpaq qadın və qu quşunu gözəlliklə ümidin qarşılığı kimi işləyib. Kənarda isə yumurtadan çıxmış uşaqlar təsvir olunur.

Bu rəsm 1504-cü ildə ortaya çıxdı. Da Vinçi bu əsəri üç versiyada təqdim edir: birincidə qadın oturaq vəziyyətdədir, ikincidə dizi üstə və ətrafında quşlar, üçüncüdə isə Leda ayaqüstündədir və qu quşu qara rəngdədir.

Mikalencelonun rəsmi sifarişlə çəkilmişdi. Onun təsviri daxili zidiyyətləri aradan qaldırmaq ideyasını əsas tuturdu. Daha sonra Mikalencelo əsəri şagirdinə satır.

1643-cü ildə rəsm məhv edilir. Katolik keşişi əsərin çox ehtiraslı olduğunu bildirib.

Mikalencelonun tablosu İtaliya böyük əks-səda doğurur. Nəticədə rəsm əsərinin bir neçə kopyası meydana çıxır. Və müasirləri tərəfindən əsər manerizmin (dramatik hərəkət və formanın uzadılması) manifesti kimi qəbul edildi.

Məhv edilən əsərlərdən biri də Antonio da Korreconun oldu. Onun rəsmini bıçaqla deşik-deşik etdilər. Rəsmdə izdihamla əhatə olunmuş Leda qu quşu ilə arabada sevişirdi.

Sonradan bu mövzunu təsviri incəsənətdə Verones, Tintoretto, Buşe, Qustav Moro, Sezann, Salvador Dali və başqa fırça ustaları davam etdiriblər.

Rəsmdən sonra mif ədəbiyyata yol açdı. Şairlər öz şeirlərində bu mifdən yararlandı.

O şairlərdən biri Puşkin idi... Onun “Leda” şeiri bu mif üzərində qurulmuşdu.

XVIII əsrdə fransız ədəbiyyatı da Leda və qu quşunun məhəbbətinə müraciət etdi.

1924-cü ildə Uilyam Yeyts özünün ən mükəmməl sonetini yazdı. O, bu sonetində bu qənaətə gəlmişdi: qu quşunun gözündə Leda Allahdır və onun mənəvi dünyasını hiss etmək gərək.

Leda hətta öz gələcək qızı Yelenanın taleyini də görür, Troya hadisəsini də, başqa faciələri də...

Bir sözlə, “Leda və qu quşu” mifi həm rəssamlıqda, həm ədəbiyyatda xeyli işləndi. Amma bu əsərlərə reaksiyalar birmənalı olmadı. Kilsə onları məhv etdi, feministlər isə qadınları təhqir etdiyini vurğuladı.

Kulis.az “Leda və qu quşu” mövzunda çəkmiş rəssamların əsərlərini təqdim edir.

1. Leonardo da Vinçi

2. Mikalancelo

3. Korrecio

4. Tintoretto

5. Paolo Veroneze

6. Ulpiano Çeka

7. Georq Pens

8. Fransua Eduar Piko

9. Jan-Leon Jeron

10. Covanni Batista

11. Qustav Moro

12.Pol Sezann

13. Salvador Dali

14. Leon Xvistek

15. Nikolay Milioti

16. Mişa Bruslovski

17. Mixael Masçka

# 3654 dəfə oxunub

Müəllifin son yazıları

# # #