İyunun 8-də Yuğ Dövlət Teatrında Kamal Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşasının premyerası keçiriləcək.
Bu barədə Kulis.az-a teatrdan xəbər veriblər. Tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, səhnə tərtibatçısı teatrın baş rəssamı Rəşid Şerifdir. Janrı bir bölümlü yuğlama kimi təyin olunan tamaşanın geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımova məxsusdur.
Tamaşada əməkdar artistlər Məmmədsəfa Qasımov (Kişi), Gülzar Qurbanova (Qadın), aktyorlar Amid Qasımov (Oğlan səsi) və Ləman Novruzova (Qız səsi) çıxış edir.
- "Back to black" filminin tizeri yayımlandı
- Əkrəm Əylisli Elçinə cavab verdi: “Biz bir-birimizi itirmişik”
- Fərəh Əliyeva: “Universiteti bütün neqativ hallardan təmizləmişik” – MÜSAHİBƏ
Tamaşanın xronometrajı 70 dəqiqədir.