“Buker” uzun siyahını açıqladı

“Buker” uzun siyahını açıqladı
24 iyul 2014
# 12:31

"Buker" mükafatının uzun siyahısı elan olunub. Kulis.azın “The Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, mükafatın təşkilatçıları bu il ilk dəfə dil və milli məhdudiyyətləri götürüblər.

Əvvəllər “Buker”ə yalnız ingilis dilində çap olunmuş və Millətlər Birliyinə daxil olan ölkələrin (bu birliyə Böyük Britaniyanın keçmiş müstəmləkələri daxildir) nümayəndələri əsərlər göndərə bilərdi.

Bu il uzun siyahıda dörd amerikalı var: Karen Coy Fauler, Riçard Pauers, Coşua Ferris və Siri Hustvedt.

Bundan başqa builki siyahıda 2010-cu ildə “Finklerin məsələsi” əsərinə görə “Buker” almış Hovard Ceykobson da var.

Uzun siyahıda eyni zamanda Riçard Flanqan, Pol Kinqsnort, Devid Mitçell, Nil Makherdci, Devid Nikols, Cozef O Nil, Ali Amit, Nayel Uilyams yer alıb.

Amma İen Makyuen və Domma Tartt kimi məşhur yazıçıların əsərləri uzun siyahıya düşməyib.

Qısa siyahı sentyabrda, qalib isə oktyabrda bəlli olacaq.

# 2840 dəfə oxunub

Müəllifin son yazıları

# # #