Ərəblərin ən bahalı gülüşü-153 min dollar

Ərəblərin ən bahalı gülüşü-153 min dollar
2 iyul 2014
# 11:12

Ərəb mütəxəssisləri dünyada “ən bahalı gülüş”ün metodunu hazırlayıblar. Bu gülüşün qiyməti 153 min dollardır. Tezliklə “bahalı gülüş” istehsal ediləcək və arzulayanlar bunu əldə biləcəklər.

Unikal və bahalı materialdan hazırlanan “bahalı gülüş” qızıl və brilyantdan ibarətdir.

İdeya müəlliflərinin fikrincə, bir nümunə üçün 10 qram qızıl, karatı 2,5 olan brilyant tələb olunur.

Bahalı daşlar diş üçün nəzərdə tutulan qrilzə-yəni həlqəyə bərkidiləcək.

“Bahalı gülüş”ü hazırlayanlar düşünür ki, bu, insan gəlirinin səviyyəsini göstərən vasitə olacaq. Çünki hər kəs onu əldə edə bilməyəcək.

İcadın üzərində “Liberty Dental Clinik”-ın ekspertləri işləyib. Belçikada yerləşən Beynəlxalq Gemmologiya İnstitutunun (qiymətli daşları öyrənən sahə) belə dişlərin hazırlanması üçün sertifikat verib.

Stomatoloqların fikrincə, belə qrilzlərin istifadəsi sağlamlıq üçün zərərli deyil.

Amma mütəxəssislər deyir ki, “bahalı gülüşü” hər gün istifadə etmək olmaz. Onu xüsusi günlərdə, tədbirlərdə daşımağı məsləhət görürlər. Hazırda dişləri iki nəfər Birləşmiş Ərəb Əmrliklərindən qız və Qatardan olan kişi alıb.

Əldə edilən gəlir uşaq xeyriyyəçiliyinə xərclənəcək.

# 3208 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #