Filologiya elmləri doktoru Abid Tahirlinin yeni kitabı-“Məktəb: tariximiz, taleyimiz» işıq üzü görüb.
Müəllifin Kulis.Az-a veridyi məlumata görə, məktəb tarixinin tədqiqinə, Qəbələ məktəblərinin timsalında Azərbaycan məktəbinin keçdiyi inkişaf yoluna nəzər salınır, Azərbaycanın inkişafına töhfəsini verən dünənki və bugünkü nəslin nümayəndələrindən bəhs edilir.
Kitab sahənin mütəxəssisləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
- Əfsanə geri qayıdır - 7 il sonra
- "Qarabağ - mədəniyyətimizin beşiyi" layihəsinə start verildi
- Kulisin canlı efirində yeni romanlar müzakirə olunur
Xatırladaq ki, Abid Tahirli daha çox mühacirət probleminin, xüsusi ilə mühacirət mətbuatının, Azərbaycan publisistikasının araşdırıcısı kimi tanınsa da, digər sahələrdə də elmi-tədqiqat işləri aparır.