Patrik Modianonun əsərləri Azərbaycan dilində nəşr ediləcək

Patrik Modianonun əsərləri Azərbaycan dilində nəşr ediləcək
10 oktyabr 2014
# 17:04

2014-cü ildə “Nobel” mükafatına layiq görülən Patrik Modianonun əsərləri yaxın aylarda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin sifarişi ilə tərcümə və nəşr ediləcək. Mərkəzin “Mətbuat və nəşr məsələləri üzrə müşaviri” Fərid Hüseynin Kulis.Az-a verdiyi məlumata görə Artıq bir neçə peşəkar tərcüməçi P.Modianonun əsərlərinin tərcüməsinə başlayıb.

Qeyd edək ki, bu nəşr yazıçının Azərbaycan dilində ilk iri həcmli kitabı olacaq.

# 1249 dəfə oxunub

Müəllifin son yazıları

# # #