İran türk seriallarından sonra kitablara da qadağa qoydu

İran türk seriallarından sonra kitablara da qadağa qoydu
6 may 2013
# 11:15

İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 26-cı Beynəlxalq Tehran Kitab Sərgisindən Türkiyəli yazıçılar Xalid Ziya Uşaqlıgilin “Aşkı-Memnu” və Əsli Sancarın “Hərəm” kitabları yığışdırılıb. "Habertürk" saytının verdiyi məlumatda belə deyilir.

İranın Mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni kitabların sərgidən yığışdırılmasına belə münasibət bildirib: “Sərgidə nümayiş olunan kitablarla bağlı yoxlama komissiyamız fəaliyyət göstərir. Çap icazəsi olmayan kitablar haqda qanuna müvafiq addımlar atılacaq. Əgər kitabın çapına icazəsi varsa, problem yoxdur”.

Sərginin komitə müdiri Məcid Həmidzadə isə yığışdırılan kitablara çap icazəsi verildiyini və nəşr olunduğunu söyləyib: “Kitabların sərgidə nümayiş olunması problem yaratmır”.

Təxminən 5 il əvvəl İranda mənəvi-əxlaqi qaydaları pozduğuna görə başda “Gümüş” serialı olmaqla bir neçə Türkiyə serialının yayımı dayandırılmışdı. Yayımına qadağa qoyulmuş seriallar arasında sərgidən yığışdırılan kitablar əsasında çəkilmiş “Aşkı-Memnu” və “Hərəm” serialları da var.

# 2058 dəfə oxunub

Müəllifin son yazıları

# # #