“Yeraltından Kitablar" kafesində şairə Rəbiqə Nazimqızının yenicə çapdan çıxmış "Epizodik sevgilər" adlı kitabının imza günü keçirilib.
525.az-ın məlumatına görə, "Yazıçı" nəşriyyatında işıq üzü görən kitaba müəllifin son illərdə qələmə aldığı müxtəlif mövzulu şeirlər daxil edilib. Kitabın redaktoru və ön sözün müəllifi Qismət Rüstəmovdur. İmza günüdə iştirak edən qələm sahibləri şairəni təbrik edib və yeni kitab haqqında öz fikirlərini bölüşüblər. Sonra şairə oxucular üçün “Epizodik sevgilər” i imzalayıb.
Tədbirdə tanınmış jurnalistlər, ədəbiyyatçılar da iştirak edib. Təqdimatda iştirak edən qələm dostlarına və oxuculara öz təşəkkürünü bildirən Rəbiqə Nazimqızı ona göstərilən diqqəti yüksək qiymətləndirib. "Epizodik sevgilər" müəllifin ikinci kitabıdır.