LAYİHƏ: AKTYORUN QEYDLƏRİ
Tramp Ağ evdə dost-tanışını başına yığaraq filmə baxıb...
Daha doğrusu cizgi filminə...
"Dorini axtararkən"...
Səhərdən fikirləşirəm, bu boyda Tramp, o boyda (balaca) Dori... Niyə məhz Dori? Transformers yox, İnterstellar yox, Dori...
Dori bizim dildə ayaqları üstə dayanan qadın balıqdır və ya balıq-qadındır (Pişik qadın ola bilər, balıq-qadın ola bilməz?).
Olar 28-35 yaşı, məsələn, 2 dostu 3 düşməni... Hafizəsi də təzə-təzə özünə gəlir və bunun yadına düşür ki, adə, bəs mənim valideynlərim hanı? Adəni də Nemoya deyir aaa, balıq dostuna...
Əslində 28-35 ABŞ-da elə yaş dövrüdür ki, valideyndən uzaq qalmağın daha çox xeyri var. Bir də təkrar eləyim... Dirənir ki, yox e... tapmalıyam papa-mamanı...
Sözüm onda yox, sözüm ondadır ki, Tramp elə-belə göstərmir bu cizgi filmini dost-tanışa... Başa salır ki, hər kəsin öz yeri var, hər şey öz yerində gözəldir!
Sözümün canı?
Deyim.
Necə ki, ən gözəl filmlər Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in istehsalı olub və olur, yenə də olacaq! Saysız-hesabsız festivallar, nominantlar, Kannlar, Venesiyalar sübut sayılır, səhv etmirəmsə...
Demirəm, başqalarının çəkdiyi ola bilməz yaxşı film!
Olar!
Olmalıdır da!
Hər halda Azərbaycanda çəkilirsə Azərbaycan filmidir!!!
Çox danışdım bu gün!
Şşşşş!!! Tramp kinoya baxır!