Çe Gevara və Uqo Çaves odekolonları qadağan edilib

Çe Gevara və Uqo Çaves odekolonları qadağan edilib
30 sentyabr 2014
# 10:41

Kuba hökuməti Çe Gevara və Uqo Çavesin şərəfinə odekolon buraxan Labiofam şirkətinin menecerlərinə qarşı ciddi ölçü götürəcəyini bəyan edib.

Hökumət bunu ciddi səhv adlandırıb: “İnqilabın simvolları müqəddəs olub və olacaqlar”.

“Ernesto” və “Uqo” adlı odekolonları publikaya keçən həftə təqdim edilib. Labiofam kompaniyasının nümayəndələri bildirib ki, “ Bu odekolonlar çox cəzbedicidir və bu adlar bizim üçün böyük əhəmiyyət daşıyır”.

Labiofam hələ odekolonların flakonlarının dizaynını işləməyib. Məhsulun həm Kubada, həm də xaricdə satılması nəzərdə tutulub. Şirkət iddia edir ki, bunu üçün onlar Gevaranın və Çavesin qohumlarından izn alıb. Amma Kuba hökuməti bunu inkar edir: “Bu məsuliyyətsiz addımın detalları müzakirə olunub. Şirkətin səhvini düzəltmək üçün zəruri ölçü götürüləcək.

# 2256 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #